`Günəşli` faciəsinin qurbanları yad edilib - FOTO
18:29 04 Dekabr 2016
Ötən il dekabrın 4-də “Günəşli” yatağı və “Neft Daşları”nda baş vermiş qəzalar zamanı həlak olmuş neftçilərin xatirəsinə ucaldılmış abidənin açılış mərasimi olub.
Femida.az xəbər verir ki, Çilov adasında keçirilən mərasimdə SOCAR prezidenti Rövnəq Abdullayev, neftçilər, Pirallahı rayonu rəhbərliyi, faciə qurbanlarının doğmaları, ictimaiyyət nümayəndələri, Çilov adasının sakinləri iştirak ediblər.
Həlak olan neftçilərin əziz xatirəsi dərin ehtiramla yad edilib, abidə önünə gül çələngi qoyulub.
Tədbirdə ölkədə neftçi əməyinin yüksək qiymətləndirilməsindən, 4 dekabr qəzasının bütün Azərbaycan xalqını sarsıtmasından danışılıb.
SOCAR prezidenti Rövnəq Abdullayev həlak olmuş neftçilərin adının Azərbaycan neft sənayesi tarixinə əbədiyyən həkk olunduğunu bildirib, dəniz neftçilərinin əmək fəaliyyəti zamanı daim təhlükələrlə üzləşdiklərindən danışıb.
Femida.az
Oxunub: 3208
Oxşar xəbərlər
- `Günəşli` faciəsindən 2 il ötür
- `Günəşli` yatağındakı vəziyyətlə bağlı rəsmi açıqlama
- `Günəşli`də yeni quyu qazılır
- `Günəşli` yatağında qəza - Bir nəfər ölüb
- `Günəşli` yatağından - SON XƏBƏR
- `Günəşli`dəki yanğın söndürüldü
- `Günəşli` yenə yandı - FHN 9 gəmi göndərdi (Yenilənib)
- `Günəşli`də faciədən sonra ilk quyu istismara verilib
- `Günəşli` qurbanlarının ailə üzvlərinə SOCAR-da iş verilib
- `Günəşli` yatağı hələ də yanır — SON MƏLUMAT